Valideynlərin mütləq razılıq ərizəsi olmalıdır - Mehriban Vəliyeva

 16:20 30.05.2023     2332

"Məktəblilərin ekskursiyalar ilə bağlı təlimatlar bütün təhsil müəssisələrinə göndərilib".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəbli turlarları ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, məktəblilərin səfərləri həmin qaydalara əsasən edilməlidir.

"Məktəblilərin ekskursiyaların təşkil edilməsi ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də ötürülüb. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəfləri diqqətdə saxlanılmalıdır. Əgər valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirirlərsə, təəssüf ki, biz müdaxilə edə bilmirik”, - deyə o əlavə edib (trend).