65 yaşına çatmış müəllimlərlə müqavilələr artırılmamalıdır - Sabir Rüstəmxanlı

 13:06 31.05.2023     2529

"65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır".

Redaktor.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.

"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz", - deyə millət vəkili qeyd edib (apa).