Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

 12:59 05.06.2023     311

Ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.