Bağçalara uşaqların elektron qəbulu bu tarixdə BAŞLAYACAQ

 13:34 05.06.2023     287

İyul ayında uşaq bağçalarına qəbul üçün elektron qeydiyyat başlayacaq.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, may ayından bağçalara qəbul müvəqqəti dayandırılıb.