Fərqlənmə dipomu olanlara MİQ-də üstünlük verilir - AÇIQLAMA

"Əgər müəllimlərin işə qəbulu imtahanında (MİQ) hər iki namizəd eyni balı toplayıbsa, fərqlənmə diplomu olan namizə üstünlük verilir".
Redaktor.az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bu məsələ qaydalarda nəzərdə tutulub.
"Lakin müsabiqə hər bir namizəd üçün bərabər imkanlar verir", - deyə direktor əlavə edib.