Magistratura üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı AÇIQLANDI

 12:37 09.06.2023     790

Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə proqnozlaşdırılan qəbul yerlərinin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində magistratura səviyyəsi üzrə yerlərin sayının 6478 olacağı gözlənilir.