Ali təhsil sahəsində YENİLİK - Universiteti bitirənlər dövlət imtahanı VERMƏYƏCƏK

 13:02 09.06.2023     407

“2023-2024-cü ildə universiteti bitirənlər dövlət imtahanı verməyəcəklər”.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib.

Onun sözlərinə görə, bu il yalnız dörd ixtisas üzrə ali təhsil müəssisələrini bitirənlərə dövlət yekun attestasiyası şamil olunmayacaq:

“Bu, təxminən 2500 nəfərə şamil olunacaq”.

O qeyd edib ki, dövlət imtahanın ləğvi 2020-ci ildən universitetə daxil olanlara aiddir:

“Çünki proqram o zaman təsdiqlənib”.