Həkim olmaq istəyənlərə ŞAD XƏBƏR

 13:47 09.06.2023     704

“Bu ildən başlayaraq tibb təhsilində qəbul olan tələbələrin 91 faizdən çoxu dövlət sifarişi ilə təhsil alacaq”. 

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib. 

Onun sözlərinə görə, tibb ixtisasları üzrə dövlət sifarişli olmayan yerlərin illik təhsil haqqı 4500 manatdır: 

“Bunun ödənişini dövlət üzərinə götürür. Növbəti tədris ilində dövlət sifarişli proqnoz yerlərinin sayı 1038 olacaq”. 

“Əvvəlki illərdə tibb təhsili üzrə dövlət sifarişli yerlərin sayı 771 idi. 35 faizlik artım var”, - deyə o əlavə edib.