Məktəblərdə tədris vaxtından əvvəl bitib? - VİDEO

 09:26 10.06.2023     475

Dərs ilinin sona çatmasına sayılı günlər qalıb.

Redaktor.az xəbər verir ki, ancaq məktəblərin böyük əksəriyyətində artıq kitablar yığılıb, şagirdlər isə indidən tətilə buraxılıb.

Hələ ayın 9-u olmasına baxmayaraq, məktəblərin əksəriyyətində eyni hal yaşanmaqdadır.

Dərs ilinin bitməsinə sayılı günlər qalmış şagirdlərin əksəriyyəti məktəbə getmir.

Elə şagirdlər kimi, valideynlər də məktəblərdə dərs ilinin indidən bitdiyini təsdiqləyirlər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirildi ki, dərs ili vaxtından əvvəl yekunlaşa bilməz. Kitabların yığılması və davamiyyətlə bağlı məsələlər üçünsə xüsusi monitorinqlər aparılır.

Qeyd edək ki, bu il respublika üzrə XI sinifləri 84 076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır (Xezerxeber.az).

Daha ətraflı süjetdə: