Xırdalanda 4-cü sinfi təhvil verən müəlliməyə qızıl dəsti hədiyyə edildi

 15:47 11.06.2023     2152

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları güdəm olub.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb.

Müəllimlərin bu kimi "şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Həmin görüntüləri təqdim edirik: