"Bir az tərəddüd edirdim, sonra fikirləşdim ki..." - Əməkdar artist
Xəbər verdiyimiz kimi, məşhur xanəndə Səxavət Məmmədovun qardaşı, Əməkdar artist Firuz Səxavət yüksək vəzifəyə təyin olunub.
Redaktor.az xəbər verir ki, Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) müvafiq əmrlə Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyinat alıb.
Firuz Səxavət yeni təyinatla bağlı təəssüratlarını Musavat.com-la bölüşüb:
“Bu təyinatı gözləmirdim. Məsləhət olmuşdu, sonra da qismət oldu, razılaşdıq. Əvvəlcə bir az tərəddüd edirdim, sonra fikirləşdim ki, onsuz da torpağımıza qayıtmalıyıq. Fəaliyyətimə gəlincə, ilin yekunudur, ayın sonu məktəblər bağlanır. Gələn həftə kollecə gedəcəm. Bu yay biz orada işlər barədə məlumat alacağıq, görək vəziyyət nə yerdədir. Sentyabrdan isə fəaliyyətə başlayacam. Düşünürəm ki, bundan sonra həm mənim yaradıcılığım, həm də məktəbin yaradıcılığı daha da fəallaşacaq”.