Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edildi

 10:01 13.06.2023     470

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edib.

Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 13 iyun-23 iyun 2023-cü il tarixlərdə muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün qanunvericilikdə nəzərdə tutulan 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00 -dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər DİM-ə gəlməklə müraciət edə bilərlər.

Vakant vəzifələlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://ndim.gov.az/storage/postFile/elan_tehsil_13-06-2023_08-40-19.pdf