A məktəb yolları, məktəb yolları... - Bu jurnalistlərin övladları MƏZUN OLDULAR

 15:30 14.06.2023     1370

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100 084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrindən 727 nəfər məzun oldu.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.

Məzun olanlar içərisində media nümayəndələrinin övladları da var.

Bakıvaxtı.az həmkarlarımızın məzun oıan övladlarını təqdim edir:

Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədli

Jurnalist Samir Əlinin oğlu Seymur Güləliyev

"Azəriqaz" ASC-nin mətbuat katibi Eldəniz Vəliyevin oğlu Amin

Telejurnalist Mübariz Əskərovun qızı Əsmər Əskərova

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin oğlu Fərid Quliyev

DİA-nın baş redaktoru Məhəmməd Ərsoyun oğlu Domrul Ərsoy

"ASAN Xidmət" mərkəzlərinin mətbuat katibi Elnur Niftəliyevin qızı Gülnur Niftəli

 

"Redaktor.az" saytının redaktoru İltifat Hacıxanoğlunun qızı Aydan 

"Xəzər TV"-nin aparıcısı Lalə Azərtaşın qızı Gülarə