179 saylı məktəbdə növbəti "Son zəng" ÇALINDI
İyunun 14-də Binəqədi qəsəbəsi 179 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.
Redaktor.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, XI sinif məzunları və onların sinif rəhbərləri, valideynlər, şəhid ailələri və qazilər iştirak etdi.
Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra 179 saylı məktəbin 44 günlük Vətən müharibəsində şəhid olanların məzunlarına həsr edilən kompozisiya ifa olundu.
Məktəbin direktor əvəzi Tural Hətəmov tədbiri açaraq, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onlara olan etimadı hər zaman doğrultmağı arzuladıl.
Tədbir zamanı hər 11-ci sinifin ifasında mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirildi.
11p sinfinin şagirdləri isə xüsusi hazırladıqları mahnını səsləndirdilər.
Məzun günündə həmçinin dərs ilini müvəffəqiyyətlə başa vuran məktəbin şagirdlərinə "Tərifnamə"lər təqdim edildi.
Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, sonda, “Son zəng” çalındı.
Tunar Altunbay