49 saylı məktəbdə dördüncülər ibtidai sinfə əlvida dedilər - FOTO

 19:44 14.06.2023     1204

Bu gün ölkəmizdə tam orta məktəbi bitirən məzunlar kimi, həm də ibtidai sinfi bitirib ümumi orta təhsil pilləsinə qədəm qoyan dördüncülərin günü idi. İbtidai təhsili başa vuran balaca məzunlar üçün bu gün olduqca duyğulu günlərdən biri idi. Çünki onlar ilk müəllimlərinə əlvida deyirdilər...

Redaktor.az xəbər verir ki, elə bu duyğularla da iyunun 14-də Bakı şəhər Səbail rayonu 49 saylı məktəb-liseyin 4ç sinif şagirdləri "Məzun" günü keçirdilər.

Əvvəlcə sinif rəhbəri Aytən Cəfərova məzunlara ibtidai təhsil pilləsini başa vurduqlarına görə sertifikatlar təqdim etdi. O, şagirdlərini təbrik edərək, onlara xoş arzularını və diləklərini bildirdi, gələcək təhsillərində uğurlar dilədi. Aytən Cəfərova sevimli şagirdlərindən ayrılmağın onun üçün çox çətin olduğunu da dilə gətirdi.

Daha sonra şagirdlər ilk müəllimləri ilə xatirə şəkli çəkdirdilər.

Sonda uşaqlar sülh rəmzi olan göyərçinləri səmaya uçurdular.

Turan ASLAN

2222222