“Müəllimlərin nə qədər bildiyindən məlumatlı deyilik”

 11:23 21.06.2023     614

“Dünyanın hər yerində cəmiyyət təhsildən narazıdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.

“İlk növbədə qeyd edim ki, təhsil prosesi mexaniki deyil. Biliyi bir başdan o biri başa mexaniki olaraq qoymaq mümkün olmadığına görə bu, psixoloji prosesdir. Biz məktəblərdə müəllimlərin nə qədər bildiyinə dair məlumata malik deyilik. Müəllimlərin keyfiyyətini artırdıqca əmək bazarının da keyfiyyətini artıracağıq. Lakin bu, uzun prosesdir, söhbət 125 min müəllimdən gedir”, - deyə nazir vurğulayıb (qafqazinfo).