"Dərsliklərə elə tapşırıqlar salırlar ki, heç müəllim belə ondan baş aça bilmir"

 15:54 23.06.2023     2411

"Dərslik məsələsinin əvvəlinə getmək lazımdır. Sovet dövründə bütün dərsliklər Moskvada yazılırdı. Orada SSRİ Pedaqoji Elmlər Akademiyası vardı. Onun 17 institutu var idi və burada dərsliklə məşğul olan xüsusi mütəxəssislər vardı. Bilavasitə bunlar dərslik proqramları ilə məşğul idilər. Dərsliklər gəlirdi bizə, kimya, fizika, biologiya və sair. Bunlar Azərbaycan dilinə tərcümə olunurdu, yəni Moskvada nəşr olunan ümumittifaq miqyaslı dərsliklər bizim dilə tərcümə olunurdu. Və bizim orta məktəblərdə tətbiq olunurdu".

Bu barədə Redaktor.az-a təhsil eksperti Nadir İsrafilov orta məktəb dərsliklərinin qüsurlarından, dilinin qəliz olmasından danışarkən dedi.

Onun sözlərinə görə, Moskvada nəşr olunan həmin dərsliklərin modeli əsasında milli dərsliklərimiz yazlırdı:

"Yəni Azərbaycan dili və ədəbiyyatı, tarixi, coğrafiyası və s. Bu dərsliklər Moskvada yazılan dərsliklərin modeli əsasında bizim mütəxəssislər tərəfindən işlənirdi. Dərslikləri o vaxt Maarif Nazirliyi yazırdı, Maarif Nazirliyinin nəzdində Elmi Tadqiqat Pedaqoji Elmlər İnstitutu fəaliyyət göstərirdi. Bu institutun əməkdaşlanı tərəfindən yazılırdı. Məsələn, əlifbanı Yəhya Kərimov, Azarbaycan dilini Əziz əfəndizadə, ədəbiyyatı Şəmistan Mikayılov. Bu müəlliflərin hamısı institutun adamları idi. Sovet dağılandan sonra o Moskvadan gələn dərsliklər artıq öz qüvvəsini itirdi və biz özümüzün milli dərsliklərini yaratmağa başladıq. Yəni istər fizika, istər kimya, istər biologiya olmasından asılı olmayaraq, bunlar hamısı bizim müəlliffər tarəfindən hazırlandı. Belə bir sərəncam da verildi ki, artq ayrı-ayrı tapşırıqla konkret mütəxəssislar tərəfndən deyil, tender yolu ilə yazılsın. Tender nə deməkdir? Tender o deməkdir ki, müəyyən müsabiqə elan olunurdu, deyək ki, beşinci sinif üçün tarix dərsi və yaxud altıncı sinif üçün fizika dərsi. Bu tender elan olunurdu və burada istənilən şəxs və ya şəxslər qrupu həmin tenderdə iştirak edirdilər. Orada müsabiqə keçirilirdi. Müsabiqədə deyək ki, beș iş verilib, dörd dərslik verilib. Bu müsabiqə komissiyası bu dərsliklərdən birini seçib dərslik kimi təqdim edirdi. O dərslikərin yazılması sahəsində olan təcrübəsizliyimiz var idi, digər tərəfdən də tenderdən asıllı olmayaraq oradakı şəxslər üçün əsas məqsəd ixtisas sahibi olmasa belə qalib gəlmək idi. Təcrübəsizlik, o qeyri-mütəxəssislərin ora cəlb olunması və sairə görə tenderdə belə hallar oldu".

Ekspert əlavə etdi ki, bu səbəbdən də dərsliklərdə bir sıra nöqsanlar olurdu.

"Həm elmi, həm pedaqoji, həm metodiki, həm də texniki qüsurlar var idi. Nəinki ekspertlər, hatta valideynlər, şagirdlər belə bu dərslikdə olan qüsurları üzə çıxarıb müxtəlif sosial şəbəkələrdə yayırdılar. Bu məsələyə uzun müddət diqqət yetirilmədi, əhəmiyyat verilmədi. Nəhayət, iş o dərəcədə böyüdü ki, Prezident dərsliklərin monitorinqinin apanılması ilə bağlı xūsusi sərəncam verdi. Prezidentin sərəncamından sonra Dövlət İmtahan Mərkəzi dərsliklərin monitorinqini apardı, həmin monitorinq dərsliklərdə olan nöqsanları üzə çıxartdı. Ondan sonra bu dərsliklər məsələsinə yeni yanaşma tətbiq olundu. Bununla belə, yenə də bizim dərsliklərimiz həmin nöqsanlardan, xətalardan azad deyil. Hələ də bu dərsliklərdə nöqsanlar var və bunlar da zaman-zaman deyilir, üzə çıxarılır".

Həmsöhbətimiz bildirdi ki, dərsliklər qanunvericiliyə görə 4 ildən bir yenidən nəşr olunmalıdır:

"İndi bu tender də elə vaxt olur ki, məsələn, hansısa sinif üzrə müsabiqədə iştirak edən olmadı, rəqabət olmadı və çarəsizlikdən o müəllifin dəyişikliyi lazım olmadı.

Ona gõrə də məsələ qoyuldu ki, alternativ dərsliklər işlənsin. Təhsil dövlətin prioritet sahələrindən biridir və dərslik siyasəti də dövlətin təhsil siyasətinin tərkib hissəsidir. Bizim dərsliklər mükəmməl olmalıdır, orada hər hansı bir səhvə yol verilməməlidir. Bu gün Təhsil Nazirliyi tərəfindən ehtiyat dərsliklər hazırlanır. Təhsil Nazirliyi ayrı-ayrı mütəxəssislərdən ibarət dərslik hazırlayır. Buna ehtiyat dərsliklər deyilir, yəni əks təqdirdə bu dərsliklər dövriyyəyə buraxılsın. Bu saat ibtidai siniflər və sair üzrə xeyli belə dərsliklər hazırlanıb və bu proses də davam etməkdədir".

Nadir İsrafilov dərsliklərdəki qəlizlik məsələsini də xüsusi vurğuladı.

"Bu hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, bizim dərsliklər həddən artıq akademik dildə yazılır. Şagirdlərin yaş səviyyəsinə, düşüncə qavrayış səviyyəsinə uyğun deyil. Əgər bunu hansısa bir professor yazırsa, bunu elə professor başa düşməlidir. Elə dərsliklərimiz var ki, elə tapşırıqlar salırlar ki, heç ali təhsilli valideyn, müəllim belə ondan baş aça bilmir. Ona görə bu problem qalmaqdadır. Dərsliklərdə həddən artıq ikinci, üçüncü dərəcəli materiallar var ki, bunlar şagird üçün əlavə yükdür. Müstəqil həyatda o, şagirdə, məzuna gərəksizdir. Ona görə də bu məsələ dəfələrlə qaldırılıb ki, dərsliklər, proqramlar yüngülləşdirilsin, əlavə yükdən azad olunsun, yığcamlaşdırılsın. Bu saat o çanta məsələsi də var, dərsliklərin ağırlığı. Nazir də son vaxtlar dilə gətirdi ki, bu dərsliklər yığcamlaşdırılsın, yüngülləşdirilsin. İndi görürsüz, bu üç fənni birləşdirib bir təbiət elmi edirlər. Bu istiqamətdə işlər apanılır",- deyə ekspert fikrini tamamladı.

Arzu İSMAYIL