Müəllimlərin sertifikasiya imtahanları üzrə davamiyyət göstəriciləri açıqlandı

 11:12 24.06.2023     747

“İbtidai siniflər üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi artıq başa çatıb. İlk 4 gündə 97,8 % davamiyyət qeydə alınıb”.

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 18 mindən artıq ibtidai sinif müəllimi sertifikatlaşmadan keçib.

"Hazırda ölkə üzrə 13 şəhərdə və 23 imtahan mərkəzində Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşma prosesi davam edir. Sonuncu seansda 4 mindən çox müəllim iştirak edir və davamiyyət 98% yaxındır" (report).