"Plagiatlığın qarşısını almaq üçün ciddi cəzalar tətbiq edilməlidir" - Ceyhun Məmmədov

 17:11 25.06.2023     926

“Azərbaycanda plagiatlığın qarşısını almaq üçün ən doğru qərarlardan biri bu ola bilərdi”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov elm və təhsil naziri Emin Əmrullayevin "Plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır" təklifini şərh edərkən dedi.

“Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, plagiatlıq Azərbaycanda da geniş yayılıb. Hesab edirəm ki, bunun qarşısını almaq yollarından biri də ən ciddi cəzaların tətbiqidir. Belə olduğu halda biz müəyyən bir işə nail ola bilərik”-deyə o, bildirdi.

Arzu İSMAYIL