"Bu gün yay və qış məktəblərinə böyük ehtiyac var" - Deputat
“Bu gün yay və qış məktəblərinə böyük ehtiyac var”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda dövlət hesabına pulsuz yay düşərgələrinin olmaması ilə bağlı fikir bildirərkən dedi.
“Xüsusilə də yay məktəblərinə ehtiyac böyükdür. Düşünürəm ki, mərhələli şəkildə dövlət Sovet dövründə mövcud olan ənənələri bərpaq edərək yay düşərgələrinin təşkili məsələsinə baxa bilər. Və bu istiqamətdə mütləq müəyyən işlər görülməlidir. Bu şagirdlərimizin yayda dincəlməsinə müsbət təsir göstərə bilər",- deyə deputat əlavə etdi.
Arzu İSMAYIL