Bakıda şagird sıxlığı daha çox bu qəsəbədədir

“Hazırda şagird sıxlığı daha çox Binə qəsəbəsində yerləşən məktəblərdə müşahidə olunur”.
Redaktor.az xəbər verir ki, bunu "report"a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O xatırladıb ki, ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir: “Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik. Təbii ki, problem dövlətin atdığı addımlar sayəsində aradan qaldırılır”.