Qəbul imtahanlarında 0-100 bal toplayanların sayı AÇIQLANDI

 17:29 03.07.2023     480

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları "Abituriyent" jurnalının 12-ci nömrəsində çap edib.

Redaktor.az xəbər verir ki, jurnalda yer alan məlumata əsasən, 2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib.

Onların 16.12%-i 0-100, 26.67%-i 100-200, 21.96%-i 200-300, 25.61%-i 300-500, 9.64%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 2077 nəfər 600 və daha yüksək bal yığıb. Yüksək bal toplayanlar respublikanın demək olar ki, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər.
Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.