Azərbaycanda ilin tələbəsi seçildi - FOTO

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.
Redaktor.az feysbukdakı “Azərbaycan Universitetləri” səhifəsinə istinadla xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.
Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.
Bu il isə 98,21 balla ATU-dan məzun olub.
Qeyd olunub ki, S.Feyzullayeva iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.
