Direktorların işə qəbulu imtahanına start verildi
İyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.
Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbuluna dair nümunə test tapşırıqları yerləşdirilib.