"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub" - Nazir

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub. Yəni iki ildə əmək haqqında 4 dəfə artıma doğru dəyişiklik olub", - nazir qeyd edib.