"Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin 60 faizi oxuduğunu başa düşmür" - Nazir

 15:47 06.07.2023     886

Get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək.

Redaktor.az
 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

"Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir qeyd edib.

Əmrullayev deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib.

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır", - deyə o, vurğulayıb.