58 minə yaxın namizəd MİQ imtahanına dəvət olundu

 12:47 10.07.2023     1081

11 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Redaktor.az xəbər verir ki, bu haqda Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "apa"ya məlumat verilib.

 Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.