MİQ imtahanı üçün 9000 vakant yer var

 15:46 10.07.2023     272

Müəllimlərin işə qəbulu imtahanının təşkilində məqsəd vakant yerlərin tam dolmasıdır.

Redaktor.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu ilə bağlı brifinqdə deyib. O bildirib ki, buna baxmayaraq, vakant yerləri seçdiyi halda sonradan imtina edən namizdələr də olur, bu isə həmin məktəblərdə vakant yerlərin boş qalmasına səbəb olur:

"Biz bildirmək istəyirik ki, müəllimlər kifayət qədər bal topladıqdan sonra seçdikləri vakant yer üzrə işləməyəcəklərsə, seçim etməsinlər. Hazırda 9000-dən vakant yer var. Vakant yerlər davam edir. 8 müxtəlif vakant yer seçmək imkanı olacaq".

Nurlan İsmayılbəyli deyib ki, son statistik nəticələrə görə, 8 min daimi, 12 min müəllim isə müddətli əsaslarla işə qəbul olub:

"Buna baxmayaraq, il ərzində müxtəlif səbəblərdən məktəblərdə vakant yerlər yaranır. Müəllimlərin vakant yerləri seçdikdən sonra imtina etmələri elə də kütləvi deyil. Bu halda həmin müəllim növbəti il üçün də həmin vakant yerdən imtina etmiş olur" (apa).