Bu gündən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.