Şagirdlərimiz Beynəlxalq Biologiya Olimpiadasında medallar qazandı

Azərbaycan məktəbliləri Beynəlxalq Biologiya Olimpiadasında medallar qazanıblar.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.
“3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar”, - nazir qeyd edib.