MİQ-də ən yüksək balı onlar topladı - FOTO

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Redaktor.az- a verilən məlumata görə, test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək balı Fikrət Abdulov (100/93,75), Nərminə İsmayılova (100/92) və Tünzalə Mövlanova (100/91,25), informatika fənni üzrə isə ən yüksək balı Fidan Ramazanova (100/96,75) Mirvari Zərbəliyeva (100/93,25) və Aybəniz Rəfiyeva (100/92,5), fransız dili fənni üzrə isə ən yüksək balı İlahə Rəhimova (100/90,5), Sədəf Bağıyevas (100/87,5) və Fidan Hadıyeva (100/86,25)toplayıblar.
Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.