"Universitet rektorları 5 il müddətinə təyin olunmalıdırlar" - Etibar Əliyev

 11:53 14.07.2023     679

"Təhsil haqqında" qanuna əsasən, universitet rektorları 5 il müddətinə təyin olunmalıdırlar. Rektorların əksəriyyəti isə 10 il müddətini ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar".

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev deyib.

Millət vəkili hesab edir ki, "Təhsil haqqında" qanunun indiki situasiyada tətbiqi çox vacibdir.

"20 ildən çox, hətta 32 il işləyən rektorlar var. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet belə məşhur reytinqlərdə yer almayıb", - deyə o, vurğulayıb.

Həmidə İBRAHİMLİ