Bu il 146 şagird ali məktəblərə imtahansız qəbul ola bilər

 16:12 14.07.2023     695

Respublika Fənn Olimpiadaları üzrə builki qaliblər arasında 146 nəfər 11-ci sinif şagirdidir.

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Olimpiadalara Hazırlıq Mərkəzinin rəhbəri Fuad Qarayev jurnalistlərə açıqlamasında deyib.

"Respublika Fənn Olimpiada qalibləri müsabiqədənkənar ali məktəblərə qəbul ola bilərlər. Bu, Nazirlər Kabinetininin 2022-ci ildəki müvafiq qərarına əsasən həyata keçirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.