Naxçıvanda rezidenturaya qəbul imtahanı keçirildi

 16:51 16.07.2023     338

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsindən Redaktor.az-a verilən məlumata görə, imtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin 4 zalda keçirilib. İmtahanların keçirilməsinə 1 imtahan rəhbəri və 4 nəzarətçi cəlb olunub, imtahanda 30 abituriyent iştirak edib.