MİQ-dəki suallarla bağlı canlı yayım olacaq

 14:09 17.07.2023     380

Bu gün saat 16:00-da müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan sualları canlı yayımda şərh ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

“Canlı yayımı Elm və Təhsil Nazirliyi, Təhsil TV-nin “Facebook” və “YouTube” səhifələrindən izləyə bilərsiniz”, - məlumatda deyilir.