MİQ üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlandı

 13:33 19.07.2023     422

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.