Direktorların işə qəbulu üzrə nəticələr açıqlandı

 17:35 19.07.2023     466

Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.