DİM beynəlxalq rus dili imtahanına qeydiyyat elan etdi
Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib.
Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək.
İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.
Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.