Direktorların işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi keçiriləcək

İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Bu barədə Redaktor.az-a Təhsil İnstitunun İnsan Resurları Mərkəzindən məlumat verilib. Bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edilib ki, esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Bildirilib ki, namizədlər //miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.