DİM Naxçıvanda qəbul imtahanı keçirdi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvanda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
Redaktor.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsindən bildirilib ki, imtahanlar Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunub.
40 zalda keçirilən imtahanlara 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb olunub. Bu gün keçirilən imtahanda 496 abituriyent iştirak edib.