Prezident müəllimlərin sertifikatlaşdırmada könüllü iştirakını təsdiqlədi

 14:50 24.07.2023     1104

Azərbaycanda yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Qeyd edək ki, qanunda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yox idi.