Elm və Təhsil Nazirliyinə yeni tapşırıqlar verildi - SİYAHI

 15:02 24.07.2023     824

Elm və Təhsil Nazirliyinə yeni tapşırıqlar verilib.

Redaktor.az xəbər verir ki, bu, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fərmana edilmiş dəyişikliklə Elm və Təhsil Nazirliyi aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb:

1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını;

2. həmin Qanunun 29.0.37-1-ci maddəsinə uyğun olaraq, yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını;

3. həmin Qanunun 29.0.37-2-ci maddəsinə uyğun olaraq, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri;

4. həmin Qanunun 29.0.42-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxtı normasını.