Elm və Təhsil Nazirliyinin Əsasnaməsi təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiqlənib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ləğv edilib.