Emin Əmrullayevin müavinlərinin sayı artırılır
Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır.
Redaktor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Elm və Təhsil Nazirliyi haqqında yeni Əsasnamədə əksini tapıb.
İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, elm və təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan 3 müavini olub.
Yeni Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.