Bağça seçimi üçün vaxt açıqlandı

 16:14 26.07.2023     234

Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.

“Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra avqustun 1-də regionlar, 8-də isə Bakı üzrə qəbul başlayacaq”, - o qeyd edib.