İslamşünaslıq ixtisası üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlandı

 12:45 27.07.2023     373

İyulun 20-dən 26-dək İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu aparılıb və 113 nəfər qeydiyyatdan keçib.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 1-3 avqust tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

Bildirilib ki, Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.