Şəhid və müharibə əlillərinin dövlət büdcəsi hesabına oxuyan övladlarının sayı açıqlandı
Şəhid və müharibə əlillərinin dövlət büdcəsi hesabına oxuyan övladlarının sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin sosial media hesabında məlumat verilib.
Bildirilib ki, ölkəmizin ərazi bütovlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də, əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir:
"Ümumilikdə 2465 nəfərin təhsil xərci dövlət büdcəsi hesabına ödənilib. Onlardan 1863 nəfəri ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil), 577 nəfəri orta ixtisas təhsili müəssisələrində ödənişli, 25 nəfəri peşə təhsili müəssisələrində təhsil alanlardır".