"IX sinifi bitirən şagirdlərin X sinifə qəbuluna maneə yaradırlar" - Ekspertdən XƏBƏRDARLIQ

 10:36 02.08.2023     787

"Elm və Təhsil Nazirliyində təhsildən xəbərsiz məmurlara arxayın olan direktorlar IX sinifi bitirən şagirdlərin X sinifə qəbuluna maneə yaradırlar".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov feysbukda yazıb.

"Bütün direktorlar bilsinlər ki, IX sinifi bitirən bütün şagirdlərin, qiymətləndən asılı olmayaraq, X sinifə keçmək hüququ var. Bu heç bir halda məhdudlaşdırıla bilməz!

Ola bilər ki, Elm və Təhsil Nazirliyi qurumu dədə malı kimi idarə edir, qanunsuz fəaliyyəti var, amma bu sizə əsas vermir ki, siz məktəbi kefinizə uyğun idarə edib qərar qəbul edəsiniz.

Belə hal olan bütün direktorların adını müraciət olduqca həm payalaşacam, həm də müvafiq qurumlara göndərəcəm", - deyə o, bildirib.

T.İSMAYIL