9 nəfərin imtahan nəticələri LƏĞV OLUNDU

 13:37 04.08.2023     269

I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlar iştirak etmək üçün ərizə təsdiq etmiş 27200 abituriyentdən (I qrup üzrə 22447 nəfər, IV qrup üzrə 4753 nəfər) 747 nəfəri (I qrup üzrə 648 nəfər, IV qrup üzrə 99 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.