Hakim olmaq istəyənlər imtahan verdi

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.
DİM-dən Redaktor.az-a verilən məlumata görə, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 175 namizəd iştirak edib.
Bildirilib ki, namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.